İstifadə Şərtləri

Dövlət Qulluğu Platformunun İstifadə Şərtləri

İSTİFADƏ ŞƏRTLƏRİ

1. Ümumi Məlumat

Bu istifadə şərtləri ("Şərtlər") https://dovletqullugu.info/ saytından ("Sayt") istifadə edən bütün şəxslər üçün keçərlidir. Sayta daxil olmaqla və ya Saytdan istifadə edərək siz bu şərtlərlə razılaşırsınız. Əgər bu şərtlərlə razı deyilsinizsə, xahiş edirik Saytdan istifadə etməyəsiniz.

2. Saytın Məqsədi

https://dovletqullugu.info/ dövlət qulluğu imtahanlarına hazırlıq məqsədi ilə təhsil materialları, sınaq imtahanları və digər resurslar təqdim edən platformadır.

3. Hesab Yaratmaq və Qaydalar

  • Saytdan istifadə etmək üçün bəzi hallarda hesab yaratmaq tələb oluna bilər.
  • Hesabınızdakı məlumatların doğru və tam olmasına cavabdehsiniz.
  • Hesabınıza giriş məlumatlarını gizli saxlamalısınız və üçüncü şəxslərlə paylaşmamalısınız.

4. Məzmundan İstifadə

  • Saytda təqdim olunan bütün materiallar müəllif hüquqları və digər qanunlarla qorunur.
  • Materiallardan yalnız şəxsi təhsil məqsədilə istifadə etmək mümkündür.
  • Saytda olan məlumatların, sualların və digər məzmunun təkrar çapı, yayımı və kommersiya məqsədi ilə istifadəsi qanunaziddir və icazə tələb edir.

5. Ödənişlər və Abunəliklər

  • Saytda müəyyən xidmətlər ödənişli ola bilər.
  • Ödənişlər təhlükəsiz və şifrələnmiş formada həyata keçirilir.
  • Ödənişlə bağlı hər hansı problem yaranarsa, dərhal bizimlə əlaqə saxlayın.

6. Nəticələrin Qorunması

  • Sınaq imtahanı nəticələri şəxsi hesabınızda saxlanılır və yalnız sizə məxsusdur.
  • Digər istifadəçilərin nəticələrinə girişiniz yoxdur, istisna olaraq, profiliniz publik seçilmişdirsə, sizin ümumi nəticələriniz detalları olmadan digər istifadəçilərə göstərilə bilər.

7. Məsuliyyətin Məhdudlaşdırılması

  • Sayt vasitəsilə təqdim olunan materiallar ehtiyatla və diqqətlə hazırlanır, lakin nəticələrin zəmanəti verilmir.
  • Saytın fəaliyyəti və məzmunu ilə bağlı heç bir halda maddi və ya mənəvi itkilərə görə məsuliyyət daşımırıq.

8. SMS Xidmətləri

  • İstifadəçi sayta qeydiyyat zamanı və ya sonradan mobil nömrəsini təqdim etməklə SMS vasitəsilə bildiriş almağa razılıq verir.
  • Göndərilən SMS-lər informativ xarakter daşıyır və reklam xarakterli ola bilər.
  • SMS-lər üçüncü tərəf xidmət təminatçıları vasitəsilə göndərilir.
  • İstifadəçi istədiyi zaman SMS xidmətindən imtina edə bilər.

9. Dəyişikliklər

  • Bu şərtlər istənilən vaxt dəyişdirilə bilər.
  • Dəyişikliklər sayt üzərindən elan olunacaq və istifadəçilər üçün qüvvəyə minəcək.

10. Mübahisələrin Həlli

Bu şərtlərlə bağlı yaranan hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll ediləcək.

11. Əlaqə

[email protected]

+994 70 883 81 00